3Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
4Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
5Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
7O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
8Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
9Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
10Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım.
11Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
12Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur.
13Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat!