4Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur,
5Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur.
6Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir.
7Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
8Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
9Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
10Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.
11Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.