1Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin!
2Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
3Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
4Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
5Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
6Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
7Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.