3Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
4Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
5Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.
6Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
7Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.
8Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!