Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 95

Zəbur 95:2-8

Help us?
Click on verse(s) to share them!
2Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək!
3Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur,
5Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş!
6Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz,
8«Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.

Read Zəbur 95Zəbur 95
Compare Zəbur 95:2-8Zəbur 95:2-8