5Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
6Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər.
7Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar.
8Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! Sela
9Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax!
10Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
11Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
12Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!