Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 80

Zəbur 80:1-6

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru. Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
2Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
4Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
5Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
6Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.

Read Zəbur 80Zəbur 80
Compare Zəbur 80:1-6Zəbur 80:1-6