Text copied!
Bibles in South Azerbaijani

Zəbur 80:1-6 in South Azerbaijani

Help us?

Zəbur 80:1-6 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru. Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
2 Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3 Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
4 Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
5 Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
6 Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür.
Zəbur 80 in Azərbaycan dilində Müqəddəs Kitab