6Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
7Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
8Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
11Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.