Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 78

Zəbur 78:48-69

Help us?
Click on verse(s) to share them!
48Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
49Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
50Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
51Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
53Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
57Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
58Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
61Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
62Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
63İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
64Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
65O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi.
67Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi.
68Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.
69Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.

Read Zəbur 78Zəbur 78
Compare Zəbur 78:48-69Zəbur 78:48-69