23Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan.
24Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
25Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
26Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
27Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən.
28Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!