30Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et.
31Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar.
32Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, Sela
33Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin,
34Allahın qüdrətini bəyan edin, Əzəməti İsrail üzərindədir, Onun qüdrəti göylərdədir!
35Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun!