1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
2Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
3Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
5Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
6Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.