Text copied!
Bibles in South Azerbaijani

Zəbur 64:1-6 in South Azerbaijani

Help us?

Zəbur 64:1-6 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
2 Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
3 Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4 Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
5 Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
6 Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
Zəbur 64 in Azərbaycan dilində Müqəddəs Kitab