2Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.
3İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz?
4Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. Sela
5Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
6Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
7Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.
8Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela
9Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.