Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 46

Zəbur 46:1-8

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi. Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
2Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə,
3Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. Sela
4Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
5Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər.
6Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər.
7Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela
8Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi.

Read Zəbur 46Zəbur 46
Compare Zəbur 46:1-8Zəbur 46:1-8