1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar,
2Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz.
3Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar.
4Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
5Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
6Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar.
7Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var.