2Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb.
3Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır.
5Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir.
6Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm.
7Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı.
8Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm.