Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 38

Zəbur 38:14-22

Help us?
Click on verse(s) to share them!
14Dilsiz-cavabsız Bir lal-kar kimiyəm.
15Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
18Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
19Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
21Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma!
22Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən!

Read Zəbur 38Zəbur 38
Compare Zəbur 38:14-22Zəbur 38:14-22