Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 36

Zəbur 36:4-11

Help us?
Click on verse(s) to share them!
4Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
5Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.
6Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.
7Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
8Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən.
9Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
10Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər.
11Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım.

Read Zəbur 36Zəbur 36
Compare Zəbur 36:4-11Zəbur 36:4-11