16Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
17Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
18Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
19İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
20Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.