Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 33

Zəbur 33:12-18

Help us?
Click on verse(s) to share them!
12Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
14Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
15Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.
16Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
17Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
18Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.

Read Zəbur 33Zəbur 33
Compare Zəbur 33:12-18Zəbur 33:12-18