Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 32

Zəbur 32:1-9

Help us?
Click on verse(s) to share them!
1Davudun maskili. Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
2Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
3Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü.
4Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. Sela
5Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. Sela
6Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz.
7Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela
8Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
9At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz».

Read Zəbur 32Zəbur 32
Compare Zəbur 32:1-9Zəbur 32:1-9