3Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.
4Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin.
5Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
6Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
7Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
8Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:
9«Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi?
10Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».
11Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.