5Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
6Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,
7Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.
8Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
9Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.
10Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.