2O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.
3Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?
4– Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.
5O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.
6Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela
7Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
8Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.