5Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.
6Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.
7Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
9Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.
11Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.
12Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.