3Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram.
4Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm.
5Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır.
6Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
7Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
8Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
9Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.
10Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan.
11Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».