4Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
5Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
6Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
7Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
8O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
9O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
10O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.
11Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.
12Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
13Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər.
14Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər.
15Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
16Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar.
17Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər?
18Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar.
19O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir.