Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 122

Zəbur 122:3-9

Help us?
Click on verse(s) to share them!
3Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir.
4İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər.
5Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub.
6Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün!
7Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!»
8Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm.
9Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.

Read Zəbur 122Zəbur 122
Compare Zəbur 122:3-9Zəbur 122:3-9