Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya - Yeşaya 43

Yeşaya 43:5-11

Help us?
Click on verse(s) to share them!
5Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam.
6Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir.
7Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım, Bəli, həyat verdiyim, Yaratdığım hər bir adamı gətir».
8Gözləri olan kor, Qulaqları olan kar xalqı gətir.
9Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür».
10Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Həm də anlayasınız ki, Mən Oyam. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq.
11Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.

Read Yeşaya 43Yeşaya 43
Compare Yeşaya 43:5-11Yeşaya 43:5-11