Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 16

Help us?
Click on verse(s) to share them!
1Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.
2Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.
3«Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.
4Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,
5Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək.
6Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.
7Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.
8Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
9Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü.
10Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim.
11Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.
12Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün Müqəddəs məkanına gedəcək, Amma hər şey boş-boşunadır!
13Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.
14İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».