Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 98

Zəbur 98:2-9

Help us?
Click on verse(s) to share them!
2Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.
3İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.
4Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
5Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!
6Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!
7Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın.
8Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun!
9Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!

Read Zəbur 98Zəbur 98
Compare Zəbur 98:2-9Zəbur 98:2-9