3Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
4Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
5Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
6Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
8Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
9Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
10Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək».
11Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın,
12Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin
13Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək!