53Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
57Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
58Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
61Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
62Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
63İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
64Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.