7Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
8«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
9Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək?
11Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.