Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 71

Zəbur 71:18-24

Help us?
Click on verse(s) to share them!
18Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə.
19Ey Allah, salehliyin göylər qədər ucadır, Böyük işlər görmüsən! Ey Allah, Sənin kimisi varmı?
20Sən mənə çoxlu ağır əzablar versən də, Yenə məni dirçəldirsən, Yerin dibindən yenə məni çıxarırsan,
21Hörmətimi artırmaqla Mənə yenə əmniyyət verirsən.
22Ey Allahım, sədaqətinə görə Çəng çalıb Sənə şükür edəcəyəm! Ey İsrailin Müqəddəsi, Səni lira ilə tərənnüm edəcəyəm!
23Dilim, azadlıq verdiyin qəlbim Mədh oxuyub Səni tərənnüm edəcək,
24Dilim daim salehliyindən söyləyəcək, Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.

Read Zəbur 71Zəbur 71
Compare Zəbur 71:18-24Zəbur 71:18-24