Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 68

Zəbur 68:1-6

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Bir ilahi. Allah qalxsın, qoy düşmənlər dağılsın, Ona nifrət edənlər qarşısından qaçsın,
2Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun.
3Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun.
4Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir.
6Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır.

Read Zəbur 68Zəbur 68
Compare Zəbur 68:1-6Zəbur 68:1-6