Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 67

Zəbur 67:1-5

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur. Bir ilahi. Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela
2Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.
3Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.
4Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela
5Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

Read Zəbur 67Zəbur 67
Compare Zəbur 67:1-5Zəbur 67:1-5