Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 63

Zəbur 63:2-9

Help us?
Click on verse(s) to share them!
2Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
3Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
4Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
5Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
6Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
7Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
8Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.
9Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,

Read Zəbur 63Zəbur 63
Compare Zəbur 63:2-9Zəbur 63:2-9