2Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
3Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.
4Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
5Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.