1Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı. Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda. Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et.
2Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et.
3Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,
4Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et,