1Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı. Filiştlilər onu Qat şəhərində yaxalayanda. Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar.
2Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
3Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
4Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
5Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar.
6Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.