1Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə!
2Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam.
3Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
4Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü.
5Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
6Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
7Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela
8Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».