1Asəfin məzmuru. Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir.
2Qüsursuz, gözəl Siondan Allah Öz nurunu saçır.
3Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, Ətrafında şiddətli tufan qopar.
4O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır:
5«Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!»
6Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela
7«Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm.
8Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm.
9Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm.