Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 44

Zəbur 44:9-17

Help us?
Click on verse(s) to share them!
9İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
10Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
13Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
15Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
16Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
17Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.

Read Zəbur 44Zəbur 44
Compare Zəbur 44:9-17Zəbur 44:9-17