10Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
13Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
15Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,