Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 42

Zəbur 42:3-9

Help us?
Click on verse(s) to share them!
3Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
4Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım.
5Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
6Köksümdəki qəlbim qırılıb, Ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm.
7Dərin sular şəlalələrinin səsi ilə Dərin suları çağırdı, Sənin ləpələrin, dalğaların başımdan aşdı.
8Rəbb mənə gündüz məhəbbət göstərir, Gecə isə həyatımın Allahına Etdiyim dua və ilahi dilimdən düşmür.
9Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»

Read Zəbur 42Zəbur 42
Compare Zəbur 42:3-9Zəbur 42:3-9