8Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
9Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
10Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
13Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
14Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
15Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.