1Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru. Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur.
2Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir.
3Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib.
4Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
5Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.